Ən yaxşı göstərici Rauf Məmmədovdadır

Bu gün Dohada «Qatar Masters Open» beynəlxalq turnirində 6-cı turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 7 təmsilçimizin ən reytinqlisi Şəhriyar Məmmədyarov rəqabət uğurlu başlasa da, son 2 oyunda uduzmaqla, liderdən xeyli dala düşüb. Əvəzində, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli irəliləyiblər.

6-cı tur

Şəhriyar Məmmədyarov – İvan İvanişeviç (Serbiya) 0:1
Eltac Səfərli – Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Rauf Məmmədov – Dariuş Sverç (Polşa) 1:0
Qədir Hüseynov – Sergey Fedorçuk (Ukrayna) 1:0
Vasif Durarbəyli – Fabyen Libijevski (Fransa) 1:0
Günay Məmmədzadə – Baskaran Adhiban (Hindistan) 0:1
Zeynəb Məmmədyarova – Xarisma Sukandar (Polşa) 1:0

Yarış cədvəli: 1. Aniş Giri (Niderland) – 6 xal; Rauf Məmmədov – 4,5; Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli – 4; Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə – 3; Zeynəb Məmmədyarova – 2,5.

Həmin kateqoriyadan