Əsas qadın millimiz şahmat olimpiadasını uğurla bitirdi

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında son turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, qadınlardan ibarət şahmatçılarımız Malayziyanı yendi.

Qadınlar, XI tur

Azərbaycan-1 (2320) – Malayziya (1965) 3:1

Zeynəb Məmmədyarova – Li Tinq Tan – 0,5:0,5
Günay Məmmədzadə – Aliya Bakri – 0,5:0,5
Aydan Höccətova – Nur Nabilya Azman – 1:0
Nərmin Kazımova – Puteri Rifqax Azxar – 1:0

İran (2276) – Azərbaycan-2 (2243) 3,5:0,5

Sarasadat Xademalşariex – Türkan Məmmədyarova – 1:0
Atousa Purkaşian – Nərmin Xələfova – 1:0
Mitra Xidjazipur – Ülviyyə Fətəliyeva – 1:0
Qazal Hakimifard – Nərgin Umudova – 0,5:0,5

Makedoniya (1880) – Azərbaycan-3 (1987) 0:4

Monika Stoykovska – Nərmin Məmmədova – 0:1
Boyana Beyatoviç – Xanım Balacayeva – 0:1
Draqana Nikolovska – Gövhər Beydullayeva – 0:1
İvana Manova – Ayan Allahverdiyeva – 0:1

Yarış cədvəli: 1.Çin – 18 xal; 2.Polşa, 3.Ukrayna…. – 17….8.Azərbaycan-1 – 16;30.Azərbaycan-3,.. 32.Azərbaycan-2 – 13;…

Həmin kateqoriyadan