“Əsas rəqibim özbəkistanlı boksçudur, 1/8 finalda elə onunla düşdüm”

“Yarışda ilk döyüş həmişə ağır olur. Çünki əlcəyə, rinqə və ab-havaya alışmaq lazımdır. Sevinirəm ki, qalib gəldim”. Allsport.az saytı xəbər verir ki, bunu Tokio olimpiadasının 1/16 final görüşündə qalib gələn boksçumuz Məhəmməd Abdullayev (+91 kq) deyib. Bəhreynli legionçunu Denis Latıpovu tam üstünlüklə yenən 21 yaçlı idfmançı bunu deyib:.

“Komanda yoldaşlarım Tayfur Əliyev və Lorenso Sotomayorun məğlubiyyəti mənə yaxşı təsir etmədi. İstərdim ki, onlar da qalib gəlsinlər, medal qazansınlar. Bu baxımdan, bir qədər pis oldum. Qalan hər şey normaldır.

Növbəti görüşüm özbəkistanlı Bahadır Cəlalovdur. O, çəkimdə ən güclüsüdür, dünya çempionudur. Əsas rəqibim də elə odur. İyulun 29-da üz-üzə gələcəyik. İnşallah, yaxşı olar”.

Həmin kateqoriyadan