Karyerasını başa vurub

Karyerasını başa vurub

3 dəfə olimpiya oyunlarının gümüş, iki dəfə isə bürünc mükafatçısı Kerttu Niskanen peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, 38 yaşlı finlandiyalı xizəkçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Niskanen 20 il peşəkar səviyyədə xizək yarışları ilə məşğul olduğunu bildirib:

“Bu möhtəşəm peşəkar idmançı yolunu başa vurmağın vaxtı çatdı. Bu müddətdə çoxlu uğurlar, qələbələr, unudulmaz anlar, çətinliklər və məğlubiyyətlər yaşadım. Artıq həyatımda başqa şeylərə yer açmağın vaxtıdır”.

Təcrübəli idmançı karyerası boyunca ona dəstək olan ailəsinə, yaxınlarına, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Həmin kateqoriyadan