Rusiya və Belarus idmançılarına icazə verildi

Rusiya və Belarus idmançılarına icazə verildi

Beynəlxalq xizək və snoubord federasiyası (FİS) Rusiya və Belarus idmançılarının 2026/27 mövsümündə təşkilatın himayəsi altında keçirilən yarışlarda neytral statusla iştirakına icazə verib.

Allsport.az xəbər verir ki, qərar sentyabrın 1-də İsveçrədə keçirilən FİS şurasının iclasında beynəlxalq olimpiya komitəsinin (BOK) tövsiyələri əsasında qəbul olunub.

Qərar milli komandaların heyətində çalışan əməkdaşlara da şamil edilir. Rusiya və Belarus təmsilçiləri yalnız fərdi yarışlarda iştirak edə biləcəklər.

İdmançıların öz ölkələrini təmsil edən bayraq, himn və ya digər simvollardan istifadə etməsinə icazə verilməyəcək. Onlar, həmçinin mövcud antidopinq tələblərinin hamısına cavab verməlidirlər.

Yarışlarda iştirak etmək istəyən idmançılar FİS-in müəyyən etdiyi prinsiplərə əsaslanan neytrallıq bəyannaməsini də imzalamalıdırlar.

2025/26 mövsümündə bir neçə rusiyalı xizəkçi artıq neytral statusla dünya kuboku mərhələlərində iştirak edib. Darya Nepryayeva və Saveliy Korostelyov yarışlarda çıxış ediblər. Nikita Denisov da neytral status alsa da, mövsüm ərzində yarışmaq imkanı əldə etməyib.

Həmin kateqoriyadan