Millidə yeni təyinat

Millidə yeni təyinat

Minsk “Dinamo”sunun baş məşqçisi Sergey Brılin hokkey üzrə Belarus millisinin baş məşqçisi təyin olunub.

Allsport.az xəbər verir ki, rusiyalı mütəxəssis hər iki vəzifəni paralel şəkildə icra edəcək.

Brılin bu yay Minsk klubunda baş məşqçi kimi fəaliyyətə başlayıb. Onun “Dinamo” ilə müqaviləsi üçillikdir.

Brılin bundan əvvəl NHL-də çıxış edən “Nyu-Cersi Devils”in məşqçilər heyətində çalışıb.

O, oyunçu karyerasının 13 ilini NHL-də keçirib. Brılin “Nyu Cersi Devils”in heyətində üç dəfə Stenli Kubokunun qalibi olub. O, həmçinin Rusiya millisinin heyətində dünya çempionatının bürünc medalını qazanıb.

Həmin kateqoriyadan