16 yaşlı FİDE ustamız Mixail Çiqorin şahmat memorialında

Sabah Sankt-Peterburqun “Park” mehmanxanasında XXII Mixail Çiqorin şahmat memorialı başlanır. Allsport.az saytı xəbər verir ki, bu ənənəvi beynəlxalq turnirin birinci günü İsveçrə sistemi üzrə 13 turdan ibarət blits-turnirlə başlanacaq. Oktyabrın 3-dən 11-dək keçiriləcək klassik şahmat üzrə turnir Rusiya kubokunun bir mərhələsidir. 400-dən çox şahmatçı, o cümlədən 36 qrossmeyster bu turnirdə iştirak etmək arzusunu bildirib.

Beynəlxalq turnirdə Azərbaycanı FİDE ustası 16 yaşlı Aydan Höcətova (2315) təmsil edir. Rusiyada şahmatın banisi sayılan Mixail Çiqorinin xatirəsinə həsr edilmiş turnirin qalibləri oktyabrın 11-də elan olunacaq.

“Çiqorin memorialı” beynəlxalq festivalı bu gün “Open” kateqoriyasında ən kütləvi illik şahmat turniridir. Builki turnirdə növbəti rekord qeydə alınıb – 30-a yaxın ölkədən 404 şahmatçı gəlib. Burada ustalar və təcrübəsizlər, kişilər və qadınlar, veteranlar və gənclər – hamısı bir zalda çıxış edəcək.

Həmin kateqoriyadan