18 və 23 yaşlı kayakçı və kanoeçilərimiz dünya çempionatında

Azərbaycanın 18 və 23 yaşadək kayakçı və kanoeçilərdən ibarət millisi Belarusun paytaxtı Minskə yollanıb. Allsport.az saytı xəbər verir ki, Dmitri Sablinin baş məşqçi olduğu komanda iyulun 28-də start götürəcək dünya çempionatında iştirak edəcək.

Nüfuzlu reqatada 4 idmançı mübarizə aparacaq. Onlardan 3-ü kanoeçi, 1-i kayakçıdır. Yeniyetmələrin mübarizəsində yalnız Mixail Bıkxalo çıxış edəcək. Bıkxalo 1-nəfərlik kanoe qayığı  ilə 200 metr məsafəni qət edəcək.

23 yaşadək kayakçıların mübarizəsində isə yalnız Tamerlan Mustafayev çıxış edəcək. Bu yaş qrupu üzrə kanoeçilərin yarışına isə Nikita Sablin – Aleksey Kupin dueti qatılacaq. Bu cütlük 2-nəfərlik qayıqla 1000 metr məsafəyə yürüş edəcək.

Çempionatın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 19:30-da “Minsk-Arena”da təşkil olunacaq. Dünya çempionatına 67 ölkə qatılıb. Bütün ölkələrin nümayəndə heyətləri Minskin mərkəzindəki “Belarus” mehmanxanasında yerləşdiriliblər.

Həmin kateqoriyadan