2-ci liqasının başlanma tarixi müəyyənləşib

Peşəkar futbol liqasının bayrağı altında keçiriləcək bu çempionat sentyabrın 4-də start götürəcək. İlk tur 2 gün ərzində, 4-5 sentyabrda olacaq.

1-ci divizion və 2-ci divizionda (yeni adları ilə 1-ci və 2-ci liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəydən sonra, iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.

2-ci liqada futbolçuların qeydiyyatı və sifarişi 2 rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.

2-ci liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan kubokunda iştirakı nəzərdə tutulur.

Həmin kateqoriyadan