- Baxış sayı: 58
- 06 Noyabr 2026 17:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Rusiyanın “Traktor” klubu heyətini yeni hokkeyçi ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Çelyabinsk təmsilçisi kanadalı hücumçu Neytan Leqare ilə müqavilə imzaladığını açıqlayıb.
25 yaşlı hokkeyçi ilə bağlanan sözləşmənin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.
Neytan Leqare 2019-cu ildə NHL draftında “Pitsburq Penqvins” tərəfindən 74-cü olaraq seçilib. Kanadalı forvard əsas Şimali Amerika liqasında “Nyu Cersi Devils”in formasını geyinib və 4 oyunda iştirak edib.
O, AHL-də isə “Skranton Penqvins”, “Laval Roket” və “Utika Komets” komandalarında çıxış edib.