- Baxış sayı: 90
- 24 İyul 2026 20:01
- Baxış sayı: 146
- İyul 22, 2026
- 0

Formula-1 üzrə ispaniyalı pilot Karlos Sains “Uilyams”la yeni müqavilə barədə danışıb.
Allsport.az xəbər verir ki, o, komandadakı gələcəyi ilə bağlı danışıqların yay fasiləsində başlayacağını bildirib:
“Düzünü desəm, müqaviləni nə vaxt uzadacağımı bilmirəm. Konkret tarix deyə bilmərəm. Amma əvvəllər də qeyd etdiyim kimi, yay fasiləsini gözləyəcəyəm. Həmin vaxt Ceyms Vaulz və komandanın digər üzvləri ilə masa arxasına əyləşərək müqavilənin uzadılmasını, komandanın gələcəyini və mənim buradakı perspektivimi müzakirə edəcəyik. Yay fasiləsində danışıqlara başlayacağıq və vəziyyəti qiymətləndirdikdən sonra qərar verəcəyik. Hazırda dəqiq vaxt deyə bilmərəm”.