- Baxış sayı: 249
- 23 İyul 2026 22:38
- Baxış sayı: 146
- İyul 22, 2026
- 0

UFC-nin keçmiş orta və yarımağır çəki çempionu Aleks Pereyra gələcək planlarından danışıb.
Allsport.az xəbər verir ki, braziliyalı döyüşçü yarımağır çəkidə yenidən çempionluq uğrunda mübarizə aparmaq ehtimalını istisna etməyib:
“Əgər yarımağır çəkidə kəmər uğrunda döyüşmək istəsəm, bunu edə bilərəm. Bir çox döyüşçü belə fürsəti gözləyir və ya onun üçün çalışır. Mən isə bu imkandan istifadə etdim. İndi daha böyük hədəfim var – üçüncü çempionluq kəmərini qazanmaq. Risk etməliyəm. Əgər indiyədək döyüşlərimdə riskə getməsəydim, sahib olduqlarımı əldə edə bilməzdim”.
Aleks Pereyra daha əvvəl UFC-də növbəti döyüşünü nə vaxt keçirməyi planlaşdırdığını açıqlamışdı.