- Baxış sayı: 41
- 23 İyul 2026 22:24
- Baxış sayı: 135
- İyul 22, 2026
- 0

Rusiyalı tennisçi Andrey Rublev Portuqaliyanın Eştoril şəhərində keçirilən “ATP-250” turnirində Timofey Skatov üzərində qazandığı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, dünya reytinqində 163-cü pillədə qərarlaşan qazaxıstanlı tennisçini 6:1, 6:1 hesabı ilə məğlub edən Rublev görüşdən sonra matçın onun üçün uğurlu keçdiyini bildirib:
“Burada oynamaq üçün şərait o qədər də asan deyil. Buna görə də iki setdə qalib gəldiyim üçün sevinirəm. Sabah daha gümrah olmaq və 1/4 finala yaxşı hazırlaşmaq üçün bu gün kortda mümkün qədər az vaxt keçirməyə çalışdım. Bura ilk səfərimdir və indiyədək hər şey xoşuma gəlib. Son iki gündə yaxşı qidalandım, çimərlikdə gəzdim, hər şey əladır”.
Rusiyalı tennisçi turnirin 1/4 finalında Fransa təmsilçisi Luka van Aş ilə qarşılaşacaq.