“Sinner və Əlqərəz mənə özümü xatırladır”

“Sinner və Əlqərəz mənə özümü xatırladır”

Serbiyalı tennisçi Novak Cokoviç müasir kişi tennisində əsas rəqibləri olan Yannik Sinner və Karlos Əlqərəz barədə fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 39 yaşlı, 24 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olmuş raketka ustası gənc tennisçilərlə mübarizənin ona keçmişini xatırlatdığını bildirib:

“Vaxtilə mən də tura gələndə digərlərindən fərqlənirdim. Biz üç nəfər idik – Rocer Federer, Rafael Nadal və mən. Hamımız fərqli idik. İndi isə tennisdə Əlqərəz və Sinner dominantlıq edir və onlar bir çox cəhətdən mənə özümü xatırladırlar.

Onlarla oynayanda öz-özümə deyirəm: “Mən 10-15 il əvvəlki özümə qarşı mübarizə aparıram”. Bunu kortda hiss etmək ağrılıdır. Onlara qarşı necə oynamaq lazım olduğunu bilirəm, amma bunu həyata keçirə biləcəyəmmi?”.

Serbiyalı tennisçi əlavə edib ki, daim özünü motivasiya etməyin və inkişaf etməyin vacib olduğunu vurğulayıb:

“Rəqabət faydalıdır və çox önəmlidir. Buna görə də tribunada və ya kortda sizi özünüzü aşmağa məcbur edən birini tapmaq lazımdır”.

Əlqərəz və Sinner son 11 “Böyük dəbilqə” turnirinin 10-da qalib gəlib. Cokoviç isə sonuncu dəfə bu seriyadan olan turnirlərdə 2023-cü ildə – Avstraliya açıq, “Rolan Qarros” və “US open”də çempion olub.

Həmin kateqoriyadan