2-ci turunda reytinq favoriti uduzub

Qadın şahmatçıların ölkə çempionatında 2-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, bu turda yarışın reytinq favoriti Gülnar Məmmədovanın ağ fiqurlarla Gövhər Beydullayevaya məğlub olması diqqəti cəlb edib.

Turun digər oyunlarında qara fiqurlarla mübarizə aparan Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyevaya qalib gəlib. Digər partiyalarda qalib müəyyənləşməyib. Türkan Məmmədyarova – Xanım Balacayeva, Xəyalə Abdulla – Ləman Hacıyeva arasında görüşlər sülhlə yekunlaşıb.

İki turdan sonra maksimum nəticə ilə Gövhər Beydullayeva liderliyə yüksəlib. Ondan yarım xal geri qalan Xanım Balacayeva və Ülviyyə Fətəliyeva 2-3-cü yerləri bölüşdürürlər.

Həmin kateqoriyadan