2-ci Vətən müharibəsi şəhidinin xatirəsinə şose qaçışı üzrə ölkə birinciliyi

Bu gün Astarada 2-ci Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə şose qaçışı üzrə 3-cü ölkə birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Lənkəran, Astara, Lerik, Xızı, Bərdə və Beyləqan atletləri 4 kateqoriya üzrə mübarizə aparıblar.

Oğlanlar arasında Gəncə idmançılarının üstünlüyü qeydə alınıb. 500 metr məsafəyə qaçışda Rinad İbrahimov, 1000 metr məsafədə Ümid İbrahimov ölkə çempionu olublar.

Qızların mübarizəsində isə 300 və 500 metr məsafəyə qaçışda müvafiq olaraq Bakı təmsilçiləri Sofiya Kərimovaİlahə Quliyeva qalib adını qazanıblar.

Həmin kateqoriyadan