2-ci Vətən müharibəsi şəhidlərinin xatirə turnirində kimlər medal qazandı?

Bakı şəhər gənclər və idman baş idarəsində 2-ci Vətən müharibəsi şəhidləri mayor Fərid Ələkbərov və leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirində fərqlənənlər mükafatlandırılıblar.

Allsport.az saytı xəbər verir ki, tədbirdə adı ilk çəkilən qazinin qardaşı Rüfət Ələkbərov, digər qəhrəmanımızın atası Mərdan Həmidov, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Yasamal rayon Gİİ-nin rəhbəri İlqam Səfərov, Qaradağ rayon Gİİ-nin başçısı Elçin Abbasov, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilı təltif olunmuş mayor Fərid Ələkbərovun xatirəsinə həsr olunmuş turnirdə oğlanlar arasında I yeri Yunis Mahmudzadə, II yeri Murad Rzayev, III yeri Ədalət Umudov, qızlar arasında I yeri Aytac Kərimli, II yeri Şəms Fərzəli, III yeri Leyla Mirzəliyeva tutublar.

Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenanat Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirində ümumi hesabda Paşam Əlizadə, Aytac Kərimli birinci yeri tutublar. Allahverdi Həmidov, Fidan Təhməzova II yeri, Rəsul Tarverdiyev, Leyla Mirzəliyeva III yeri tutublar.

Həmin kateqoriyadan