- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyununda 2 rekorda imza atıb.
Allsport.az xəbər verir ki, Lük Holtsun baş məşqçi olduğu komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 8-ə çatdırıb. Bununla da “cırtdanlar” dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib.
Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər 2 tsikldə indikinə nisbətən daha az qol vurulub.
Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci topu keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.
Lüksemburq yığması xal və qol rekordunu daha da yeniləyə bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında qol vuraraq, uduzmamaq lazımdır.