- Baxış sayı: 99
- 01 Dekabr 2024 10:00
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
Yeniyetmələr və gənclər arasında keçirilən Avropa çempionatında şahmatçılarımız uğurla çıxış ediblər.
Allsport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından 18 yaşlı oğlanların yarışında Uğur İlyaslı, 16 yaşlı qızların yarışında isə Ayan Allahverdiyeva 9 turdan 7,5 xal toplayaraq Avropa çempionatının qalibi olublar. 18 yaşlı qızların yarışında turnirin qalibi ilə eyni xalı (7 xal) toplayan Mələk İsmayıl isə əlavə göstəricilərə görə 2-ci yeri tutub.
Digər şahmatçılarımızdan Kənan Qarayev (20 yaş, oğlanlar, 5 xal), Şiroğlan Talıbov (16 yaş, oğlanlar, 6 xal) 7-ci, Nərmin Abdinova və Səmra Qasımova (14 yaş, qızlar, 6,5 xal) müvafiq olaraq 4 və 6-cı, Səadət Bəşirli (10 yaş, qızlar, 6,5 xal) 3-cü, Yusif Kərimli (10 yaş, oğlanlar, 7 xal) 6-cı yerləri tutublar.