2 saylı RİOEUGİM-də 5 mart – Bədən tərbiyəsi və idman günü münasibəti ilə festival

Bu gün texniki universitetin idman zalında 5 mart – Bədən tərbiyəsi və idman günü münasibəti ilə möhtəşəm festival keçirildi. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirinin Yasamal rayon gənclər və idman idarəsinin təşkilatçılığı, Yasamal rayon iсra hakimiyyəti və təhsil nazirliyinin 2 saylı respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin dəstəyi ilə keçirilən tədbir marş sədası altında Cəmşid Naxçıvanski adına hərbi liseyin müdavimlərinin müşayiəti ilə Azərbaycan respuiblikasının dövlət bayrağının meydana gətirilməsilə başladı.

Silahlı qüvvələrin təlim və tədris mərkəzinin hərbi orkestirinin ifasında dövlət himni səsləndirilməsi ilə festival açıq elan edildi. Mərasimdə çıxış edənlər ölkəmizdə idmanın inkişafından danışdılar, Azərbaycan prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart “Bədən tərbiyəsi və idman günü”nün təsis olunduğunu söylədilər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra kopoeyra və uşu növləri üzrə nümunəvi çıxışlar oldu. Daha sonra tanınmış müğənnilərin ifasında konsert proqramı baş tutdu. Festivalın gedişində 1 qrup məşqçi və idmançı
5 mart – Bədən tərbiyəsi və idman günü münasibəti ilə, yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə, habelə qazandığı uğurlara görə Yasamal rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər.

Həmin kateqoriyadan