26 iyul – gənclər və idman nazirliyinin yaranması gününə Bakı baş idarəsi şahmat turnir keçirilib

21-27 iyulda Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman şahmat məktəbində “26 iyul – gənclər və idman nazirliyinin yaranması günü” nə 12-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib.

Allsport.az saytı xəbər verir ki, turnirdə 50 idmançı İsveçrə sistemi üzrə mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən Ağaməmməd Mirzəyev 1-ci, Məryəm Baxışova 2-ci və Şahlar Şahlarlı 3-cü yer tutublar.

Yarışın bağlanış mərasimində 3 nömrəli RİOEUGİŞM-in direktoru Cəmil Fətullayev, BŞGİBİ-nin sektor müdiri Gündüz Vəliyev və yarışın baş hakimi Fidan Talıbova qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Təltif olunma mərasimində yarışın qaliblərinə baş idarə tərəfindən kubok, diplom və medallar təqdim edilib.

Həmin kateqoriyadan