3-cü turda tək Rauf sevinib

Men adasında “FIDE Grand Swiss 2019”un 3-cü turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, şahmatçılarımızdan bu partiyalarda ancaq Rauf Məmmədov (2645) qalib gələ bilib. O, qaralarla israilli Ariel Erenberqi (2463) üstələyib.

Vasif Durarbəyli (2617) eyni fiqurlarla ispaniyalı Fransisko Valyexo (2694) ilə heç-heçə edib. Eltac Səfərli (2593) ağlarla ukraynalı Pavel Elcanovla (2663) sülh bağlayıb. Nicat Abbasov (2632) hindistanlı Vişvanatan Anandla (2765) xalı yarıya bölüb.

Raufla Eltacın 2, Nicatla Vasizin 1,5 xalları var. İddiaçılar turnirinə vəsiqə qazandıracaq bu mücadilənin mükafat fondu 432 min 500 dollardır. 11 turdan ibarət yarış oktyabrın 21-dək davam edəcək.

Həmin kateqoriyadan