3-qat Avropa çempionumuza anasından “Sirli gedişlər” hədiyyə

3-qat Avropa çempionu Rauf Məmmədova kitab həsr olunub. Maraqlıdır ki, bunu şahmatçının öz anası Lətifə Əliyeva ərsiyə gətirib. Xanım vəkil “Sirli gedişlər”i oğlunun ad gününə hədiyyə edib. Nəşr bu gün işıq üzü görüb. Allsport.az saytının məlumatına görə, müəllif, romanı yazmaqda məqsədini də gizlətməyib:

“Əsas məqsədim cəmiyyətdə müxtəlif sahələrdə xüsusilə hüquq sahəsində baş verən hadisə və proseslər haqqında öz fikir, ideyalarımı ictimaiyyətə çatdırmaqdır. Bu fikir və qənaətlər əsasən real həyatda baş verən, eşitdiyim, oxuduğum, gördüyüm hadisələr və biliklər əsasında formalaşıb. Eyni zamanda “Sirli gedişlər” romanının yazılmasında həyatda hüquq aləmində olan qəribə hadisələr şahmatdakı sirli gedişlərlə müqayisə edilir”. 

Əsərdə şahmatçılarımızın vətənpərvərlik və fantaziya, düşüncə səviyyəsi işıqlandırılıb. “Sirli gedişlər” Azərbaycan şahmatçılarına həsr edilən ilk iri həcmli kitabdır. Ön sözü xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı yazıb.

Bu gün qrossmeysterin 33 yaşı tamam olur. 

Həmin kateqoriyadan