3-qat olimpiya iştirakçısı qətlə yetirildi

Uqandalı yüngül atlet Benjamin Kiplaqat, Keniyada öldürülüb.

Allsport.az xəbər verir ki, 3 olimpiya oyunlarında iştirak edən 34 yaşlı idmançının cəsədi şənbə günü axşam Eldoret şəhərində öz avtomobilində tapılıb. Onun boynunda dərin bıçaq yarası aşkar edilib. Polis hadisəni qətl kimi qiymətləndirib.

3000 metr məsafəyə maneəli qaçış üzrə atlet 2008-ci ildə gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. O, 2012-ci il London olimpiadasında yarımfinala yüksəlib.

Həmin kateqoriyadan