- Baxış sayı: 54
- 20 Mart 2025 11:35
- Baxış sayı: 36
- Mart 24, 2025
- 0
Azərbaycanın şahmat üzrə 2 komandası – SOCAR və “Odlar yurdu” oktyabrın 17-də Makedoniyanın paytaxtı Skopyedə start götürəcək Avropa Klubları Kubokunun turnirində iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, açıq yarışda 48 klub mübarizə aparacaq.
Turnirin reytinq-favoriti Azərbaycanın “SOCAR” (2771) təmsilçisidir. Komandamızın heyətinə qrossmeysterlər Veselin Topalov (2813), Aniş Qiri (2798), Fabiano Karuana (2796), Maykl Adams (2742), Şəhriyar Məmmədyarov (2736), Teymur Rəcəbov (2738), Rauf Məmmədov (2657) və Eltac Səfərli (2657) cəlb olunub.
Azərbaycanın ikinci təmsilçisi 2590 reytinq göstəricisi ilə reytinq cədvəlində 9-cu yeri tutan “Odlar yurdu” klubudur. Onun tərkibinə Emil Sutovski (2635), Vasif Durarbəyli (2618), Qədir Hüseynov (2634), Nicat Məmmədov (2590), Ülvi Bacarani (2546), Nicat Abasov (2517), Vüqar Rəsulov (2505) və Zaur Məmmədov (2458) daxildirlər.
Qadınların turnirində 12 klub iştirak edir. Ölkəmiz bu yarışlarda təmsil olunmur. Hər 2 kubok İsveçrə sistemi üzrə 7 turda keçiriləcək. Avropa Klubları kuboku oktyabrın 24-də başa çatacaq.