4-qat dünya çempionumuz finalda!

Bu gün Rio-2016-da avarçəkənimiz Valentin Demyanenko start xəttinə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, 1-nəfərlik kanoe qayığında 200 metr məsafəyə təsnifat mərhələsində 39,749 saniyə nəticə ilə finişi 1-ci keçib.

4-qat dünya çempionumuz yarımfinalda 3-cü seçmə qrupda mübarizə aparıb. 5-ci zolaqda təmsilçimiz 40,298 saniyə ilə yürüşdə yalnız gürcüstanlı Zaza Nadiradzedən geri qalıb; ümumi sıralamada  5-ci yerlə finala yüksəlib.

Həlledici yürüş sabah saat 16:23-də başlayacaq.

Həmin kateqoriyadan