İnna Osipenkodan növbəti mükafat

Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə dünya kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi nüfuzlu reqatanı 2 medalla başa vurub. Hər 2 nəticəqə 1-nəfərlik kayak qayığı İnna Osipenko-Radomskaya sahib olub. Sonuncu yarış günündə 34 yaşlı idmançı 500 metr məsafəyə final yürüşünə qatılıb. Finişə 1 dəqiqə 48,368 saniyəyə çataraq, bürünc medal qazanıb.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya ötən gün 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş mükafata yıyələnib. Təcrübəli kayakçı Rio Yay Olimpiya Oyunlarında həm 200 metr, həm də 500 metr məsafələrə yürüşdə çıxış edəcək.

Həmin kateqoriyadan