5-qat dünya və 11-qat olimpiya çempionu: Vüqar gənc yaşında bizi tərk etdi

“Şəmkirdə ilk dəfə qonağam. Əslində turnirinin açılışından sonra Gürcüstana qayıtmalı idim. Lakin iştirakçıların adlarını öyrənəndə, bir neçə gün Şəmkirdə qalmağa qərar verdim. Burada çox güclü heyət formalaşıb”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Vüqar Həşimov memorialını izləmək üçün Azərbaycana qonaq gələn 5-qat dünya və 11-qat olimpiya çempionu Nona Qaprindaşvili deyib. Gürcüstan şahmatının canlı əfsanəsi mərhum həmyerlimizdən də söz açıb:

“Maqnus Karlsen, Şəhriyar Məmmədyarov, Sergey Karyakin və digərlərinin Şəmkirdə yarışması əsl şahmat bayramıdır. Turnirin Vüqar Həşimovun xatirəsinə həsr olunmasını xüsusilə qeyd etmək istəyirəm. Vüqar gənc yaşında bizi tərk etdi. Onun yoxluğunu qəbul etmək çox çətindir. Ona görə belə turnirlərin təşkili çox vacibdir. Artıq beşinci dəfə keçilən bu turnirin özünəməxsus tarixi var”.

Həmin kateqoriyadan