- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının kapitanları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində (1992,1994 və 1996-cı illər) 3 dəfə olimpiya çempionu olan mütəxəssis, 1997 və 2005-ci illərdə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.
Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev müvafiq olaraq kişi şahmatçılardan ibarət 2-ci və 3-cü komandalara kapitan təyin olunublar.
Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyevlə Rəsul İbrahimov 2-ci və 3-cü yığmalarda çalışacaq. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, hazırda əsas millilərimiz Qəbələdə son hazırlıq mərhələsində iştirak edirlər.