63 min sakini olan ölkədən qızıl medal!

63 min sakini olan ölkədən qızıl medal!

Bermudlar olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub. Allsport.az saytı xəbər verir ki, cəmi 63 min sakini olan ada ilk uğuruna Tokio-2020-də yetişib.

Qadın triatlonçularda Flora Daffi qızıl medala yiyələnib. O, üzmədə 1,5 km, veloyürüşdə 40 km və qaçışda 10 km nəticə göstərib. 34 yaşlı idmançı məsafəni 1 saat 55 dəqiqə 36 saniyə qət edib.

Bunadək Bermud adaları olimpiadada yalnız 1 bürünc qazanıb: Monreal-1976.

Həmin kateqoriyadan