- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Rio-2016-nın boks yarışında rəqiblər bir-birlərini tanıyıblar. Allsport.az saytı xəbər verir ki, püşkə əsasən, 4 rinq ustamız – Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Yana Alekseyevna (60 kq) ilk mərhələdən azaddırlar.
Digərlərinə gəlincə, Rüfət Hüseynov (49 kq) namibiyalı Tulyungeleni Matias Hamunyela, Cavid Çələbiyev (56 kq) Qazaxıstan idmançısı Kayrat Yeraliyev, Loroenzo Sotomayor (64 kq) ukraynalı Volodimir Matviçuk, Kamran Şahsuvarlı (75 kq) Minqqanq Çao (Çin), Teymur Məmmədov (81 kq) Ukrayna təmsilçisi Denis Solonenko, Abdulqadir Abdullayev (91 kq) fransalı Paul Omba Bingolo, Məhəmmədrəsul Məcidov (+ 91 kq) mərakeşli Mohammed Arjaoui ilə qarşılaşacaqlar.
Bu proqramda döyüşlər avqustun 6-da başlayacaq.