5 Mart – Bədən Tərbiyəsi və İdman Günü

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə paytaxtın Fəvvarələr meydanında festival təşkil olunub. Allsport.az saytı xəbər verir ki, tədbirdə 40-dan artıq idman federasiyası və təşkilatları öz lövhələrini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.

Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Tədbir konsert proqramı ilə davam edib.

 

Həmin kateqoriyadan