9-cu beynəlxalq turnir açıq elan edildi

Qəbələdəki Heydər Əliyev konqres mərkəzində IX “Vüqar Həşimov xatirəsi”nin açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak edib.

Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək bildirib ki, şahmat turniri Qəbələyə daha çox qonaq cəlb edəcək. O, rayona göstərilən etimada görə turnirin təşkilatçılarına, milli şahmat federasiyasına, gənclər və idman nazirliyinə və Vüqar Həşimov fonduna minnətdarlığını ifadə edib: “Bir gün əvvəl gənclər və idman nazirliyinin Kollegiyası Qəbələni “2025-ci ilin idman paytaxtı” elan etdiyi üçün biz “Vüqar Həşimov xatirəsini” yeni keyfiyyətdə qəbul edirik”.

Həmin kateqoriyadan