İlham Əliyev Avropa olimpiya komitəsinin prezidentini qəbul edib

Ölkə başçısı İlham Əliyev Avropa olimpiya komitəsinin prezidenti Yanes Kosyançiçi qəbul edib. Allsport.az saytı xəbər verir ki, qonaq Azərbaycan səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirib. O, Avropa gənclər yay olimpiya festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, tədbirin böyük önəm daşıdığını və gələcək olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq olduğunu deyib. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqeyə malik olduğunu vurğulayıb və bu işlərdə prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib.

Xoş sözə görə minnətdarlığını bildirən ölkə başçımız paytaxyda olimpiya festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını söyləyib və bu tədbirin önəmindən danışıb. O, idmanın Azərbaycanda başlıca sahələrdən biri olduğunu bildirərək, idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini deyib.

Həmin kateqoriyadan