AAAF-ın yeni prezidenti Neftçalanın Xol Qarabucaq kəndində yeniyetmə atletlərin məşqini izləyib

Azərbaycan ağır atletika federasiyasının prezidenti İnam Kərimov, Neftçala rayonunun Xol Qarabucaq kəndində uşaq, yeniyetmə və gənclərlə görüşüb, onların məşqini izləyib, idmançıların müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini dəyərləndirib.

Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizdə ağırlıqqaldırmanın mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Həmin kateqoriyadan