- Baxış sayı: 276
- 12 İyul 2026 00:00
- Baxış sayı: 229
- Avqust 05, 2026
- 0

ABŞ-ın Las-Veqas şəhərində “Vestqeyt” mehmanxanasının konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, 62 dövlətdən 150-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə müxtəlif məsələlərə toxunulub, hesabatlar dinlənilib, bir sıra qərarlar qəbul edilib.
Həmçinin texniki, tibbi, məşqçi, tədris və digər sahələrdə yeniliklər təqdim edilib, fikirlər səsləndirilib, müzakirələr aparılıb. Tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasını – baş katib Rizvan Rəsulov və mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev təmsil ediblər.