ABŞ klubu Rüfətin transferini açıqladı

Almaniyanın III bundesliqa təmsilçisi “Proysen”dən ayrılan Azərbaycan millisinin üzvü Rüfət Dadaşov ABŞ-ın “Feniks Rizinq” klubuna transfer olub.

Allsport.az klubuna saytına istinadən xəbər verir ki, Dadaşov II liqa klubuna transferi ilə bağlı klubun saytına danışıb:

“2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri bu Amerikada futbolu yaxından izləyirəm və çox böyük inkişaf görürəm. Burdakı həyəcanın bir hissəsi olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra “Feniks Rizinq” oynamaq istəyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, qələbələrə kömək etməyi səbrsizliklə gözləyirəm”.

Həmin kateqoriyadan