ABŞ şahmatçısı: Ermənistana getmədiyimə görə peşman deyiləm

Synergy Group-un təşkilatçılığı ilə keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində iştirak edən Uesli So, bu günlərdə Ermənistanda start götürəcək yığmaların dünya çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ABŞ təmsilçisi federasiya tərəfindən ona gec dəvət gəldiyini və Şəmkirə gəlmək istəyinin böyük olduğunu deyib:

“İlk olaraq qeyd edim ki, Şəmkirdəki turnirin təşkilatçılarına müsbət cavab vermişdim. Mən artıq Şəmkirə gələcəyimi deyəndən sonra federasiya məni dünya çempionatına dəvət etdi. O zaman mən millidə çıxış edə bilməyəcəyimi dedim. Şəmkirdə gözəl təşkilatçılıq və güclü şahmatçılar var. Bura gəldiyimə görə çox şadam. Dünya çempionatına getmədiyimə görə peşman deyiləm”.

 

Həmin kateqoriyadan