- Baxış sayı: 49
- 20 Mart 2025 11:35
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Şahmat üzrə tarixi Azərbaycan çempionatında Şəhriyar Məmmədyarov finalda Rauf Məmmədova əlavə qısa müddətli oyunlarda yenildi. Allsport.az saytı xəbər verir ki, 3-qat Avropa çempionunu aşıqlamasında bu yarışı möhtəşəm hesab edib:
“Bütün şahmatçıların bəlli bir proqramı vardı: çempionat başlayandan sonra bir neçə həmkarımız digər ölkələrdə çıxışını başa vurub vətənə döndülər. Mən özüm də Almaniya bundesliqasından qayıdırdım. Çətin qrafikimiz vardı. Amma sonda hamı bir yerə cəm ola bildi. Son dəfə 21 il öncə bu yarışda iştirak etmişdim. Bu çempionata böyük həvəslə qatılmışdım. Xeyli müddərdir bu rəqabətə hazırlaşırdım.
Çıxışımı çox uğurlu sayıram. O mənada ki, 6 oyun daldadal uddum, sonra 2 görüş heç-heçə oldu. İnanılmaz göstərici idi. Bunun sayəsində dünya sıralamasında 7-8 pillə irəlilədim. Rauf Məmmədovun da hazırlığı yüksəkdi. O bu yarışda qalib olmağa layiq şahmatçı idi.
Şahmat federasiyası çox möhtəşəm yarış təşkil etmişdi. AŞF prezidenti Mahir Məmmədova öz təşəkkürümü bildirirəm. Açığı, bu yarışda özümü çempion sayıram. Öz oyunumla bünü sübut etdim. Arxa-arxaya qələbələr – 15 ildir belə nəticə göstərməmişdim. Bunu məhz Azərbaycan çempionatında göstərməyim inanılmazdır. Bu yaşda bu məharəti nümayiş etdirməyimə şadam”.