Açıq Belçika çempionatına

18-18 martda Lommel şəhərində taekvondoçuların açıq Belçika çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, G2 kateqoriya yarışda Azərbaycan millisi həm qadınların, həm də kişilərin yarışında təmsil olunacaq.

Baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda Belçikaya Niderlanddan yollanıb. Lommeldə də dayanq üzərinə Eyndhovendə şans verilən “11-lik” – Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Məhəmmədov (58 kq), Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi – 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) çıxacaqlar.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoin isə Belçikada 6 idmançını yoxlayacaq. Yarışın mükafatları uğrunda Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə (hər üçü – 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) mübarizə aparacaqlar.

Çempionatda ATF-nin baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev və beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva isə ədalət təmsilçiləri sırasında yer alacaq.

Həmin kateqoriyadan