Açıq Niderland çempionatında

Oktyabrın 15-də Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, G2 dərəcəli yarışda Azərbaycan milli də mübarizə aparacaq.

Ölkəmiz böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçu ilə təmsil olunacaq.

Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaqlar.

Həmin kateqoriyadan