AFFA Nikola Yurçeviçi göndərdi

AFFA icraiyyə komitəsinin iclasında Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib.

Allsport.az xəbər verir ki, qapalı yığıncaqda xorvatiyalı mütəxəssis hesabat verib. Hesabatdan sonra 52 yaşlı çalışdırıcı ilə yollar ayrılıb.

Yurçeviç ötən ilin fevralında milliyə baş məşqçi təyin olunmuşdu. Yığma onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub.

Həmin kateqoriyadan