- Baxış sayı: 59
- 11 May 2026 15:09
- Baxış sayı: 37
- May 11, 2026
- 0

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir nüfuzlu yarışa təyinat alıblar. Allsport.az xəbər verir ki, onlar qadın həndbolçular arasında çempionlar liqasının “B” qrupunda Rusiyanın SSKA və Xorvatiyanın “Podravka Vegeta” komandalarının görüşünə təyinat alıblar.
Moskvadakı “Dinamo” arenasında təşkil olunacaq ilk qarşılaşma yanvarın 31-də, cavab matçı isə fevralın 1-də oynanılacaq.
Bu görüşlər ötən ilin noyabrında keçirilməli idi. Amma “Podravka Vegeta”nın həndbolçularından birində koronavirus aşkarlandığı üçün oyunlar təxirə salınmışdı.