Ağayev idarə etdi, Namaşko Danimarkada 8 qol buraxdı

“Keşlə”nin qapıçısı Stanislav Namaşkonun formasını geyindiyi Moldova millisi DÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxıb. Allsport.az xəbər verir ki, komanda səfərdə Danimarka ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Namaşko start heyətdə meydana çıxıb və sonadək oynayıb. Qarşılaşmanı isə azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik ediblər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.

“Neftçi”nin sabiq çalışdırıcısı Robert Bordinin baş məşqçisi olduğu Moldova millisi Danimarka ilə yanaşı, Farer adaları, Avstriya, Şotlandiya və İsraillə “F” qrupunda mübarizə aparır. Komanda 2 oyundan sonra 1 xal toplayıb.

Həmin kateqoriyadan