AİJF yazı müsabiqəsinin vaxtını uzatdı

İyunun 11-də Azərbaycan idman jurnalistləri federasiyası idarə heyətinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən federasiyanın prezidenti Qabil Mehdiyev qurumun fəaliyyəti və gündəlikdə duran məsələlər  barədə danışıb. Yığıncaqda görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə elan edilən yazı müsabiqəsinin vaxtının uzadılması məsələsi müzakirə edilib.

AİJF bəzi idman jurnalistlərinin müraciətlərini nəzərə alaraq, “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda müsabiqəyə yazıların qəbulu vaxtının 2 iyul – Beynəlxalq idman mətbuatı gününədək uzadılmasını qərara alıb. Gündəlikdə olan digər məsələ idman jurnalistləri arasında onlayn layihələrin həyata keçirilməsi olub.

Bildirilib ki, bu məsələ idman jurnalistlərinin bilik və bacarıqlarının aşkar edilməsi və asudə vaxtlarının daha səmərəli təşkili ilə bağlıdır. Qərara alınıb ki, idman jurnalistləri arasında bir sıra onlayn layihələr həyata keçirilsin.

Həmin kateqoriyadan