Akademik avarçəkənlərimiz Avropa çempionatında zəif nəticə göstərdi

Akademik avarçəkənlərimiz Avropa çempionatında zəif nəticə göstərdi

Almaniyanın Brandenburq şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı Aleksandr Aleksandrov – Boris Yotov dueti təmsil edib. Onlar 2-nəfərlik qoşa avarlı qayıqla mübarizə aparıblar. Seçmə yürüşdə bu duet finişə 6 dəqiqə 51,230 saniyəyə çataraq, Rolandas Masçinskas – Saulius Ritter (Litva) duetindən (06:49.240) sonra 2-ci olublar.

Bu nəticə ilə azərbaycanlı cütlük birbaşa yarımfinala yüksəlib. Lakin bu mərhələdə təmsilçilərimiz Norveç, Almaniya, Böyük Britaniya, Fransa və Belarus təmsilçiləri ilə mübarizədə 7 dəqiqə 32,710 saniyə nəticə ilə sonuncu olublar. Nəticədə Aleksandrov – Yotov dueti mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb.

Onlar “B” finalında Fransa, Polşa, Çex Respublikası, Ukrayna və Belarus idmançıları ilə mübarizədə 6 dəqiqə 43,420 saniyə nəticə ilə 5-ci, başqa sözlə, yekun sıralamada 11-ci yeri tutublar.

Aleksandr Aleksandrov – Boris Yotov dueti Rio Yay Olimpiya Oyunlarında təmsil edəcək. Onlar bu hüquqa ötənilki dünya çempionatında yiyələniblər.

Həmin kateqoriyadan