“Allah qoysa, daha yaxşı nəticə göstərmək ümidi ilə yenidən qayıdacağıq”

Avropa şahmat ittifaqının təşəbbüsü ilə Krakov-2023 qitə oyunlarında cütlərin sürətli şahmat yarışı keçirildi. İlk sınaqdan Azərbaycan millisi uğurla çıxdı. Şəhriyar Məmmədyarov ilkin mərhələni bacarıqla bitirdi, həlledici raundda 3-cü yer tutdu. O komanda hesabında medal boğçasına 1 bürünc də əlavə etdi. Yarışdan sonra o, allsport.az saytına sevincini bölüşdü:

“Sözsüz ki, daha yüksək nəticə istərirdik. Hər zaman ən yaxşısı alınmır. Amma ümumi götürdükdə, sonluq qənaətbəxşdir: Günay 2-ci, mən 3-cü yerə çıxdım. Açığı, bütün turnir boyu yaxşı oynadım. Ancaq yarıfinalda necə məğlub olduğumu özüm də başa düşmədim. Fikrimcə, ilk dəfədə bürünc medal pis deyil.

Hər zaman mükafata pozitiv baxmaq lazımdır. Bu, bizim Avropa oyunlarında ilk təcrübəmizdir. Ümid edirəm ki, gələcəkdə bu formatı daha yaxşı edərlər. Ən azından, oyunçular növbəti partiyanı az gözləyərlər, az yorularlar. Bunu daha mükəmməlləşdirib, Allah qoysa, daha yaxşı nəticə göstərmək ümidi ilə yenidən qayıdacağıq”.

Kamran HACI, Krakov

Həmin kateqoriyadan