- Baxış sayı: 45
- 25 Sentyabr 2026 18:34
- Baxış sayı: 117
- Sentyabr 25, 2026
- 0

Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində “Alma kuboku”nda fərqləniblər. Allsport.az saytı xəbər verir ki, çoxnövçülükdə Zəhra Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Eyni proqramda gənclərin mübarizəsində Sofiya Məmmədova qızıl, Ayan Sadıqova gümüş medala sahib çıxıb.
Bundan başqa, Sofiya Məmmədova “Turnirin kraliçası” nominasiyasının qalibi adına layiq görülüb.