- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Xantı-Mansiyskdə dünya kubokunda 1/16 finalın cabab partiyaları oynanılıb. Allsport.az saytı xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə, Teymur Rəcəbov rusiyalı Daniil Yuffa ilə xalı yarıya bölüblər.
Hər 2 qrossmeyster ilk matçda qalib gəldiyindən, növbəti mərhələyə adlayıblar. Maraqlıdır ki, “Şah” bu dəfə də komanda yoldaşı ilə üz-üzə gələcək. Püşk Şəhriyarla Teymuru 1/8 finalda görüşdürəcək.