Antidopinq mövzusunda maarifləndirici seminar

Milli antidopinq agentliyi, milli olimpiya komitəsinin və atletika federasiyası birgə antidopinq mövzusunda maarifləndirici seminar keçiriblər. Allsport.az saytı xəbər verir ki, tədbirdə dinləyici qismində atletika millisinin üzvləri, məşqçilər və federasiya rəsmiləri iştirak ediblər.

Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib. Toplantıda bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər.

İdmançılar antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı məkan məlumatını təmin etməlidirlər.

Həmin kateqoriyadan